“Gün ortası” verilişində maraqlı anlar yaşanıb.
Bakupost.az xəbər verir ki, canlı efir zamanı müğənnilər Zahidə Günəşlə Mənzurə Musayevaya arasında dialoq diqqət çəkib.
Belə ki, Zahidə həmkarı Əlikram Bayramovun Mənzurəyə olan 3 min dollar borcunu elə studiyada onun əlinə sıxıb.
Musayeva isə qarşılığında o puldan özündə də olduğunu bildirərək götürməkdən imtina edib.
Sözügedən anlar müzakirələr yaradıb.
Mənbə: www.bakupost.az