Göygöldə yol qəzası baş verib.
Hadisə Bakı-Qazax-Gürcüstan yolunun Yeni Qızılca kəndi istiqamətindən keçən hissəsində qeydə alınıb.
Qəza zamanı 35 yaşlı Röyal İmanov hadisə yerində ölüb. Avtomobildə olan sərnişin 2002-ci il təvəllüdlü Əli Süleymanov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
İlkin məlumata görə, qəzaya səbəb avtomobilin yol kənarında olan arakəsməyə çırpılmasıdır.
Faktla bağlı araşdırma başlanılıb.
Yunis Quliyev
Mənbə: qafqazinfo.az