Azərbaycanlı ər Ailə Mərkəzində arvadını güllələdi

Azərbaycanlı ər Ailə Mərkəzində arvadını güllələdi

Aprelin 20-də Təbrizin 17 Şəhrivər küçəsində yerləşən Ailə Müşavirəsi Mərkəzində ailə başçısı həyat yoldaşını güllələyərək öldürüb.

Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib, qatil saxlanılıb.

Bununla da son aprel ayı ərzində İranda ailə münaqişəsi zəminində öldürülənlərin sayı 25-ə çatıb.

Mənbə: axar.az