Türkiyənin qərbində zəlzələ olub

Türkiyənin qərbində zəlzələ olub

Türkiyənin Kütahya şəhərində 4,3 maqnitudalı zəlzələ baş verib.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələnin ocağı 13,43 kilometr dərinlikdə olub. Dağıntı və tələfat barədə məlumat yoxdur.

Mənbə: report.az