Florida ştatının Orlando beynəlxalq hava limanında Delta aviaşirkətinə məxsus sərnişin təyyarəsinin mühərriki yanıb.
"Unikal"a istinadən xəbər verilir ki, təyyarədə olan sərnişinlər təxliyə edilib.
Sağ mühərrikdən tüstü və alov çıxdıqdan sonra sərnişinlər hava ilə doldurulan panduslar vasitəsilə təyyarədən düşürülüblər.
Airbus A330 1213 reysi ilə Orlandodan Atlantaya 200-dən çox sərnişin, 10 ekipaj üzvü və iki pilotla yola düşməli idi.
Mənbə: azxeber.com