Mingəçevirdə vətəndaşa hədə-qorxu gələrək xeyli pul alan şəxslər tutulublar.
“Qafqazinfo” xəbər verir ki, şəhər sakini polisə müraciət edərək bildirib ki, iki nəfər şəxs onun oğlu barəsində sosial şəbəkələrdə videogörüntülər yayacaqları ilə hədələyib və bu yolla 6 min avro pulunu ələ keçirib.
Mingəçevir Şəhər Polis Şöbəsinin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 39 yaşlı Ceyhun Mayılov və 41 yaşlı Əziz Əlili saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Mənbə: qafqazinfo.az