Rusiyanın Vladimir vilayətinin Kirjaçsk rayonunda partlayışlar baş verib.
Bu barədə vilayətin qubernatoru Aleksandr Avdeyev teleqramda məlumat yayıb.
Yerli sakinlər partlayış səslərinin hərbi hissənin ərazisində olduğunu bildirir.
Hadisədən sonra Kirjaçsk rayonunda fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Partlayışdan sonra Barsovo və Mirnı kəndində təxliyə başlayıb. Məlumata görə, vətəndaşlar qonşu kənddəki məktəblərə təxliyə edilir.
Mənbə: qafqazinfo.az