İtkin düşən qızlardan birinin atası danışdı

İtkin düşən qızlardan birinin atası danışdı

Xəbər verdiyimiz kimi, Bakının Maştağa qəsəbəsində azyaşlı qızlar 7 gündür itkin düşüb. Bu günə qədər onlardan heç bir məlumat yoxdur.

2008-ci il təvəllüdlü Aygün Bəhram qızı Hüseynova və 2007-ci il təvəllüdlü Reyhan Elşən qızı Hüseynova aprelin 16-dan itkindir.

Onlar birlikdə Maştağa qəsəbəsindən çıxıb və bir daha geri dönməyiblər. Onlar dayı qızı – bibi qızı olublar.

Aygün Hüseynovanın atası Bəhram Hüseynov bildirib ki, bu günə qədər onlardan heç bir məlumat öyrənə bilmirlər.

Qızların heç birinin mobil telefonu olmayıb. Ailə bütün qohumlarla, qızların rəfiqələri ilə əlaqə saxlayıblar. Onların harada olması ilə bağlı heç kimin məlumatı yoxdur.

Məhəllədə olan kameralara baxılsa da qızları müşahidə etmək mümkün olmayıb. Onların kamera olmayan küçədən keçdikləri ehtimal olunur.

Bəhram Hüseynov onu da deyib ki, qızların heç birinin ailədaxili problemləri və narazılıqları olmayıb. İlk dəfədir ki, qızları evdən xəbərsiz çıxıb.

Onların Astara və Lerikdə olan qohumları da hadisədən məlumatlıdır.

Hazırda polis onların axtarışlarını davam etdirir.

Mənbə: axar.az