Zaqatalada baş verən yol qəzasında üç nəfər xəsarət alıb.
Hadisə aprelin 22-i axşam saat 23 radələrində Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində baş verib.
Belə ki, “Mercedes” markalı minik avtomobili ilə sərnişin daşıyan “Vito” toqquşub.
Daha sonra həmin minik avtomobili “BMW” markalı minik avtomobili ilə toqquşub.
İlkin məlumata görə, qəza zamanı üç nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdirilib. Hazırda yaralıların müayinəsi aparılır və şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.
Mənbə: apa.az