İsraildə meşə yanğınları başlayıb - FOTOLAR

İsraildə meşə yanğınları başlayıb -

İsrailin bir sıra bölgələrində meşə yanğınları başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.

“Mazkeret Batya və Beyt Şemeş bölgələrində evlərə və dəmiryol relslərinə yayılan yanğını söndürmək üçün onlarla qrup, təyyarə və helikopter çalışır. Yanğınsöndürmə idarəsi ümumi səfərbərlik elan edib”, - məlumatda deyilir.

Qeyd olunur ki, yanğınlar səbəbindən bir neçə marşrut xətti üzrə qatarların hərəkəti dayandırılıb. Digər ərazilərdə də yanğınlar müşahidə olunur.

Məlumata görə, yanğınlar istilərin yaratdığı quraqlıq səbəbindən başlayıb. Bəzi yerlərdə havanın temperaturu 34 dərəcəyə çatıb.





Mənbə: qafqazinfo.az