Bakıda üç avtomobil yandı - VİDEO

Bakıda üç avtomobil yandı -

Bakı şəhərinin Nəsimi rayonunda “Mercedes” markalı minik avtomobilinin mühərrik hissəsi və idarəetmə lövhəsi, "Chevrolet" markalı minik avtomobilinin ön farası və güzgüsü yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilib.

Yüksək temperaturdan yaxınlıqdakı “Toyota” markalı minik avtomobilinin ön qapısı qismən qarsalanıb.

Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Mənbə: unikal.az