Türkiyənin İstanbul şəhərinin Tuzla səmtində Dəri Sənaye Bölgəsində partlayış baş verib.
Türkiyə mediasına istinadən xəbər verilir ki, partlayış su təmizləyici qurğuda qeydə alınıb.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən, polis və tibbi briqadalar göndərilib.
Hadisə nəticəsində beş işçi yaralanıb.
Mənbə: axar.az