Xəbər verdiyimiz kimi, Gəncədə - Ə.Cavad adına 2 saylı tam orta məktəbin şagirdləri arasında baş verən insident zamanı bıçaqlanan Fərid Quliyev Bakıya gətirilib.
Bizim.Media-ya TƏBİB-dən verilən məlumata görə, məktəblinin vəziyyəti hazırda stabildir:
“Aprelin 22-də 2009-cu il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Boyunun, döş qəfəsinin, budun açıq yarası diaqnozları təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib.
23.04.2025-ci il tarixində pasiyent daha ixtisaslı tibbi xidmət almaq üçün Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Kliniki Tibbi Mərkəzin Uşaq cərrahiyyəsi şöbəsinə yerləşdirilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda vəziyyəti stabildir”.
Rəna Cumaqızı, Bizim.Media
Mənbə: bizim.media