Abşeronda 45 yaşlı kişi meyiti aşkarlandı

Abşeronda 45 yaşlı kişi meyiti aşkarlandı

Abşeronda 45 yaşlı kişi meyiti aşkarlanıb.

Hadisə Xırdalan şəhəri, Nizami Gəncəvi küçəsində qeydə alınıb.

1980-ci il təvəllüdlü Cavad Şakir oğlu Qədirovun meyiti küçədə aşkar edilib.

Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: yenisabah.az