Yapon seysmoloqdan İstanbula zəlzələ xəbərdarlığı

Yapon seysmoloqdan İstanbula zəlzələ xəbərdarlığı

Mərmərədə dağıdıcı zəlzələ 30 il ərzində 60 faizlik ehtimalla baş verə bilər.

Axar.az xəbər verir ki, bu barədə yaponiyalı seysmoloq Yoşinori Morivaki deyib.

Sunami təhlükəsinə toxunan Morivaki bildirib ki, Ovçular, Yaşılköy, Böyükçəkməcə kimi ərazilər xüsusi risk zonasına aiddir.

Qeyd edək ki, İstanbulda 23 apreldə maksimum maqnitudası 6,2-yə çatan bir neçə zəlzələ baş verib. Tələfat yoxdur.

Mənbə: axar.az