Şahzadə Endryunu cinsi təcavüzdə ittiham edən qadın ÖZÜNÜ ÖLDÜRÜB

Şahzadə Endryunu cinsi təcavüzdə ittiham edən qadın ÖZÜNÜ ÖLDÜRÜB

Britaniya şahzadəsi Endryunu cinsi təcavüzdə ittiham edən amerikalı Virciniya Kufre intihar edib.

Bu barədə NBC telekanalı məlumat verib.

"Nəticədə, yaşadığı zorakılığın yükü o qədər ağır oldu ki, Virciniya onun ağırlığı ilə mübarizə apara bilmədi", - deyə telekanaldan bildirilib.

Qeyd edək ki, Kufre 2021-ci ildə şahzadə Endruya qarşı iddia qaldıraraq, onun 17 yaşında olarkən amerikalı maliyyəçi Ceffri Epşteynlə cinsi əlaqəyə məcbur edən bir neçə nəfərdən biri olduğunu iddia edib.

2022-ci ilin avqustunda tərəflər məhkəmədənkənar razılaşmaya gəlirlər və bu çərçivədə Kufreyə kompensasiya ödənilib. Dəqiq məbləğ açıq şəkildə elan edilməsə də, Britaniya mətbuatı onun təxminən 15 milyon dollar olduğunu bildirib.

Aprel ayının əvvəlində Kufre qəzaya düşmüşdü. Qadın ona böyrək çatışmazlığı diaqnozu qoyulduğunu iddia edib. Həkimlər ona cəmi dörd gün ömür qaldığını deyiblər. Kufre hər hansı bir nəticəyə hazır olduğunu, lakin son dəfə uşaqlarını görmək istədiyini yazırdı.

Mənbə: oxu.az