ABŞ təyyarəsi Qara dənizə düşdü

ABŞ təyyarəsi Qara dənizə düşdü

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus FA-18E təyyarəsi təyyarədaşıyan gəmidən Qara dənizə düşüb.

Bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Bildirilir ki, təyyarə “Harry S. Truman” təyyarədaşıyan gəmisi ilə anqara aparılarkən nəzarətdən çıxaraq suya düşüb. Təyyarə ilə birlikdə onu anqara çəkməyə çalışan traktor da suya düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Mənbə: axar.az