Hindistan Pakistan təyyarələri üçün hava məkanını bağlaya bilər

Hindistan Pakistan təyyarələri üçün hava məkanını bağlaya bilər

Hindistan Pakistan təyyarələri üçün öz hava məkanını bağlamağı və Pakistan gəmilərinin Hindistan limanlarına daxil olmasını qadağan etməyi nəzərdən keçirir.

Bu barədə məlumatı öz mənbələrinə istinadən “The Economic Times” qəzeti yayıb.

Bildirilib ki, bu halda Pakistan təyyarələri Cənub-Şərqi Asiyada təyinat məntəqələrinə çatmaq üçün Çin və yaxud Şri-Lanka üzərindən uçmalı olacaq.

Xatırladaq ki, bundan əvvəl Pakistan iki ölkə arasında gərginlik fonunda Hindistan təyyarələri üçün hava məkanını bağlamışdı.

Mənbə: qafqazinfo.az