Almaniyanın şimalındakı Timmendorfer Strandda, liman ərazisində güclü partlayış baş verib.
Bu barədə “Hamburger Morgenpost” (HM) məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, partlayış nəticəsində xəsarət alanlar var.
Hazırda hadisə yerində polis, yanğınsöndürmə və xilasetmə xidmətləri işləyir.
Mənbə: qafqazinfo.az