Yevlaxda Birinci Qarabağ müharibəsi iştirakçısı motosikletlə kanala düşüb.
Hadisə Yuxarı Qarabağ kanalının Malbinəsi kəndindən keçən hissəsində körpüdə baş verib. 1979-cu il təvəllüdlü Kolanı kənd sakini Həsənov Zaur Nüsrət oğlunun idarə etdiyi motosiklet idarəetmıdən çıxaraq kanala düşüb. Sürücü kanaldan sahilə çıxarılıb, motosikletin sudan çıxarılması üçün isə hazırda tədbirlər görülür.
Qeyd edək ki Müharibə veteranı olan sürücü ikinci qrup əlilidir. Faktla bağlı araşdırma aparılır./unikal.az
Mənbə: yenisabah.az