Bakıda maşın sürüşərək hasara çırpıldı - FOTOLAR

Bakıda maşın sürüşərək hasara çırpıldı -

Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

İlqar Musayev küçəsində qeydə alınan qəzada “Mercedes” markalı maşın dəmir hasara çırpılıb.

İlkin məlumata görə, sürücü yağışlı havada yolun sürüşkən olması səbəbindən idarəetməni itirib.

Qəza nəticəsində maşına ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.




Mənbə: qafqazinfo.az