Sumqayıtda naməlum şəxs iki nəfəri bıçaqlayıb.
Hadisə şəhərin 18-ci mikrorayon ərazisində qeydə alınıb.
Naməlum şəxs aralarında baş vermiş münaqişə zəminində Sumqayıt şəhər sakinləri, 1972-ci il təvəllüdlü Nəcəfov Mahir Əşrəf oğlu və qohumu, 1977-ci il təvəllüdlü Zamanov Qismət Salman oğluna bıçaqla xəsarət yetirib.
Yaralılar dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: yenisabah.az