Bakıda və Qəbələdə qoyun oğruları saxlanılıb

Bakıda və Qəbələdə qoyun oğruları saxlanılıb

Bakıda və Qəbələdə qoyun oğruları saxlanılıb

Press.Az xəbər verir ki, Xəzər RPİ 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində vətəndaş F.Qəhrəmanova məxsus yardımçı təsərrüfatdan 24 baş qoyun oğurlayan Bakı şəhər sakinləri E.Əliyev və Ş.Quliyev saxlanılıblar.

Bundan başqa, Qəbələ RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 20-də rayon sakini G.Hacıyevin həyətyanı sahəsindən 12 baş qoyun oğurlayan Kürd qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar – M.Məmmədxanov, A.Aslanov və Ağdam rayon sakini V.Qəhrəmanov saxlanılıblar.

Faktlarla bağlı CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə

cinayət işləri başlanılıb.

Mənbə: press.az