“Taliban” hərbçilərə hücum etdi - Ölənlər var

“Taliban” hərbçilərə hücum etdi -  Ölənlər var

Əfqanıstanın şimal-şərqində yerləşən Parvan əyalətində "Taliban" təşkilatının döyüşçüləri ilə toqquşmada azı 7 hərbi qulluqçu həlak olub. Azvision.az xəbər verir ki, bu barədə "Tolo News" əyalət qubernatorunun nümayəndəsi Vahida Şahkara istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Parvanın şimalında nəzarət məntəqəsinə hücum zamanı 7 hərbçi həyatını itirib, 1 nəfər yaralanıb.
Bundan başqa, təhlükəsizlik xidmətindəki mənbənin verdiyi məlumata əsasən, nəzarət məntəqəsinə edilən hücum nəticəsində 10 hərbi qulluqçu öldürülüb.

Şahanə Rəhimli
Azvision.az

Mənbə: azvision.az