Dünyanın ən yaşlı kişisi bu xəstəlikdən vəfat etdi

Dünyanın ən yaşlı kişisi bu xəstəlikdən vəfat etdi

Yer kürəsinin ən yaşlı kişisi vəfat edib.

Teleqraf.com xəbər verir ki, britaniyalı 112 yaşlı Bob Ueyton dünən dünyasını dəyişib.

Bu barədə Assoşieyted Press agentliyi məlumat yayıb.

Bob Ueyton Britaniyanın Xempşir qraflığının Olton şəhərində yaşayırdı. Ölüm səbəbi xərçəng göstərilir.

1908-ci il martın 29-da doğulan Bob Ueyton mühəndis və müəllim işləyib. İki oğul, bir qız atasıydı, 10 nəvəsi, 25 nəticəsi vardı.

Mənbə: teleqraf.com