İspaniyada koronavirus hesabatı – Ölüm və yoluxma yenidən artıb

İspaniyada koronavirus hesabatı – Ölüm və yoluxma yenidən artıb

İspaniyada koronavirus səbəbi ilə ölənlərin sayı 27 min 121 nəfərə çatıb.

Cebhe.info xəbər verir ki, bu haqda məlumat İspaniya Səhiyyə Nazirliyinin həftəlik hesabatında yer alıb.

Nazirliyin açıqladığına görə, son 1 həftədə 39 nəfər koronavirusa yoluxaraq dünyasını dəyişib. Son 24 saatda isə daha 187 nəfər koronavirusa yoluxub.

Ümumilikdə isə İspaniyada 238 min 564 nəfər koronavirusa yoluxub və bu, ötən günə nisbətədən 658 nəfər artım deməkdir.

Nazirlik həmçinin koronavirusa yoluxanların 51 min 482 nəfərinin səhiyyə işçisi olduğunu da açıqlayıb.
Cebhe.info

Mənbə: cebhe.info