Amerikanı qarışdıran polisə bir zərbə də xanımından gəldi - Boşanmaq istəyir...

Amerikanı qarışdıran polisə bir zərbə də xanımından gəldi - Boşanmaq istəyir...

ABŞ-ın Minneapolis əyalətində qaradərili Corc Floydun ölümünə səbəb olan polis məmuru həbs edilib.

Moderator.az xəbər verir ki, Derek Chauvinin həbs edildilsə də əyalətdə insanlar haqsız yerə öldürülən C.Floyda görə etiraz aksiyalarına başlayıblar. Belə bir zamanda polisin həyat yoldaşı vəkil vasitəsilə ondan ayrılmaq istədiyini bəyan edib.

Polisin həyat yoldaşı Kellie Chauvin Corcun ölümünə görə təəssüfləndiyini və qatil həyat yoldaşından boşanmaq üçün məhkəməyə müraciət etdiyini bildirib.

Qeyd edək ki, Floyd ABŞ-da son üç ildə polis tərəfindən öldürülən 690-cı qaradərili olub. Onun öldürülməsi ölkədə etiraza səbəb olub və Minneapolis şəhərində insanlar etiraz aksiyalarına başlayıblar.

Vasif Əlihüseyn

Mənbə: moderator.az