Nyu-Yorkda komendant saatı elan edildi

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyu-York şəhərində də etiraz aksiyaları səbəbindən komendant saatı elan edilib.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə şəhərin qubernatorunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, komendan saatı bu gün ABŞ vaxtı ilə 23:00-dan sabah saat 05:00-dək davam edəcək.

Xatırladaq ki, Minnesota ştatında afroamerikalı Corc Floydun polis əməkdaşı tərəfindən boğularaq öldürülməsindən sonra ABŞ-ın müxtəlif şəhərlərində kütləvi etiraz aksiyaları keçirilir.

Publika.az

ƏVVƏLKİ XƏBƏR

“Gəncədə çayxanada 4 manata ofisiant işləyirdim” - Video

SONRAKI XƏBƏR

Heydər Əliyev Fondu Salyanda 600 şagirdlik məktəbi əsaslı təmir edir - FOTOLAR