İraq ordusu Kərkükdə 3 İŞİD terrorçusunu ələ keçirib

İraq ordusu Kərkükdə 3 İŞİD terrorçusunu ələ keçirib

İraq təhlükəsizlik qüvvələrinin Kərkük ərazisində İŞİD terror qruplaşmasına qarşı başlatdığı əməliyyatın 3-cü günündə terrorçulardan 3-ü həbs edilib. Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə əməliyyata rəhbərlik edən komandir Saad Harbiye məlumat verib.

Bildirilir ki, həbs olunan terrorçular məhkəməyə göndərilib.

Bundan başqa, İraq təhlükəsizlik qüvvələri əvvəllər İŞİD tərəfindən qaçırılan 3 nəfəri də xilas edib.

Xatırladaq ki, İraqın yeni baş naziri Mustafa əl-Kazıminin göstərişi ilə Kərkükdə İŞİD terrorçularına qarşı əməliyyat başlayıb.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az