Həmədanda ağır qəza: 3 ölü, 4 yaralı

Həmədanda ağır qəza: 3 ölü, 4 yaralı

Güney Azərbaycanın Həmədan əyalətində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az xəbər verir ki, hadisə Salehabad-Həsənqışlaq yolunda olub.

Məlumata görə, Pejo-405 və “Prayd” minik avtomobillərinin toqquşması nəticəsində 3 sərnişin hadisə yerində ölüb, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Xəsarət alanlar təcili tibbi yardım maşını ilə Həmədan şəhərinin Besət xəstəxanasına çatdırılıb.

Mənbə: axar.az