Erməni feldşer qadını döyüb

Erməni feldşer qadını döyüb

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində nizamnamədənkənar münasibətlər zəminində daha bir cinayət hadisəsi törədilib. Ordu.az xəbər verir ki, iyulun 4-də əsgər yeməkxanasının Marine adlı işçisi müqaviləli hərbi qulluqçu tərəfindən döyülüb.

Xörəklərin keyfiyyətinin aşağı olması və onun miqdarından gileylənən taborun feldşeri Murad Badalyanla Marine arasında mübahisə baş verib. Qadının təhqirlərindən təngə gələn M.Badalyan xanımı döyərək ona müxtəlif bədən xəsarətləri yetirib. Əsgər yeməkxanasının işçisi müayinə üçün tibb məntəqəsində göndərilib.

Əgər M.Badalyan barəsində rəsmi şikayət olunarsa, o cinayət məsuliyyətinə cəlb olunacaq. Hələlik hadisə hüquq-mühafizə orqanlarından gizlədilir.

Ordu.az

 

Mənbə: ordu.az