Rusiyanın Ukraynaya qarşı başladığı müharibədə indiyədək 55 min ukraynalı hərbçi həlak olub.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “France 2” Televiziyasına müsahibəsində bildirib.
"Ukraynada döyüş meydanında həlak olan hərbçilərin - həm peşəkar hərbçilərin, həm də səfərbər olunmuşların - rəsmi sayı 55 mindir” deyə Ukrayna dövlət başçısı əlavə edib.
Prezident, həmçinin qeyd edib ki, Ukraynanın itkin düşmüş hesab etdiyi çox sayda insan da var.
Mənbə: unikal.az