ABŞ Hərbi Hava Qüvvələri altıncı nəsil F-47 gizli qırıcısının ilk sınaq uçuşunu 2028-ci ildə keçirməyi planlaşdırır.
Bu barədə proqramın icrasına nəzarət edən general Deyl Uayt Hava və Kosmik Qüvvələr Assosiasiyasının simpoziumunda bildirib.
“Boeing” tərəfindən hazırlanan qırıcının döyüş radiusunun 1600 km-dən çox, maksimal sürətinin isə saatda 2200 km-dən artıq olacağı qeyd edilir. ABŞ Hərbi Hava Qüvvələri beşinci nəsil F-22 Raptor təyyarələrini əvəz etmək üçün 185-dən çox F-47 almağı planlaşdırır.
Layihə “Next Generation Air Dominance” proqramı çərçivəsində həyata keçirilir və pilotsuz sistemlərlə inteqrasiyanı da nəzərdə tutur.
Mənbə: az.trend.az