Türkiyə PUA əleyhinə yeni sistemi uğurla sınaqdan keçirib

Türkiyə PUA əleyhinə yeni sistemi uğurla sınaqdan keçirib

Türkiyənin müdafiə şirkəti ASELSAN güclü elektromaqnit şüalanmanın köməyi ilə eyni vaxtda 51 dronu bir neçə saniyə ərzində zərərsizləşdirən EJDERHA pilotsuz uçuş aparatına (PUA) qarşı mübarizə sisteminin uğurla sınaqdan keçirildiyini bildirib.

Bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Məlumata görə, sınaq ASELSAN-ın Gölbekdəki mərkəzində baş tutub və şirkətin yaradılmasının 51-ci ildönümünə təsadüf edib.

Sistem birinci mərhələdə təxminən 1 000 metr məsafədə iki kabellə idarə olunan dronu sıradan çıxarıb. İkinci mərhələdə EJDERHA eyni vaxtda havaya qalxan 51 drondan ibarət dəstəni zərərsizləşdirib.

Şirkətin açıqlamasına görə, sistem dronların elektron komponentlərini güclü elektromaqnit dalğaları ilə hədəfə alır, raket və ya sursat istifadə etmədən onların sıxışdırılmasına, yenidən işə salınmasına və ya sıradan çıxarılmasına imkan yaradır.

Mənbə: sia.az