SEPAH Hörmüz boğazından keçən gəmiləri hədəf seçəcəyini açıqladı

SEPAH Hörmüz boğazından keçən gəmiləri hədəf seçəcəyini açıqladı
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından keçməyə çalışan hər hansı bir tankeri vuracaq.

Bu açıqlamanı SEPAH komandanının müşaviri general-mayor İbrahim Cabari verib.

"Hörmüz boğazından keçməyə çalışan hər bir gəmini yandıracağıq. Bir damla neftin belə bölgədən çıxmasına icazə verməyəcəyik", - o deyib.

Mənbə: www.aznews.az