İsrail Müdafiə Qüvvələri (İDF) İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlı "Qüds" qüvvələrinin Livan korpusunun komandirini Tehranda zərərsizləşdirib.
Bu barədə qurumun "Telegram" kanalında məlumat verilib.
Qeyd olunub ki, Davud Əli Zadə, İsrail ordusunun zərbəsi nəticəsində öldürülmüş Livan korpusunun keçmiş komandiri Həsən Məhdəvinin müvəqqəti xələfi olub.
Bundan əvvəl İDF İsrail hərbçilərinin Tehranda yüksəksəviyyəli iranlı komandirə zərbə endirdiyini bəyan etmişdi.
Hüsyn İbadlı
Mənbə: publika.az