Amerika və Ekvador hərbçiləri narkokartellərə qarşı birgə əməliyyatlara başlayıblar.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı "X" sosial şəbəkəsində məlumat yayıb.
Komandanlığın səhifəsində paylaşılan məlumatda deyilir:
"Martın 3-də ABŞ və Ekvador Silahlı Qüvvələri Ekvadorda siyahıya alınmış terror təşkilatlarına qarşı əməliyyatlara başlayıb. Bu əməliyyatlar Latın Amerikası və Karib hövzəsindəki tərəfdaşların narkoterrorizm şəklindəki şərlə mübarizəyə sadiqliyinin bariz nümunəsidir".
ABŞ Silahlı Qüvvələrindən həmçinin qeyd ediblər ki, bu əməliyyat Birləşmiş Ştatların Latın Amerikasındakı tərəfdaşlarının narkoterrorizmə qarşı durmaq əzmini nümayiş etdirir.
Hüseyn İbadlı
Mənbə: publika.az