İran Hörmüz boğazında daha bir neft tankerini vurub

İran Hörmüz boğazında daha bir neft tankerini vurub

İran silahlı qüvvələri Hörmüz boğazında daha bir neft tankerinə zərbə endirib.

Bu barədə məlumatı İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) mətbuat xidməti yayıb.

İİKK-nın bəyanatında deyilir ki, bu səhər PRIMA adlı neft tankeri İİKK dəniz qüvvələrinin Hörmüz boğazının bağlanması və təhlükəli statusu ilə bağlı dəfələrlə verdiyi xəbərdarlıqlara məhəl qoymayıb və pilotsuz təyyarənin zərbəsinə məruz qalıb.


Mənbə: reyting.az