Finlandiya hakimiyyəti nüvə silahının ölkə ərazisindən tranziti haqqında qanunu gizli şəkildə hazırlayıb.
Bu barədə "Sol Alyans" partiyasının sədri Minya Koskela bildirib.
Qeyd olunub ki, məlumatı fraksiyanın saytı yayıb.
Qeyd edək ki, Finlandiya Rusiya ilə qonşudur. Bu iki ölkə arasındakı sərhədin uzunluğu təxminən 1340 kilometrdir. Bu, həm Rusiya, həm də Avropa İttifaqı üçün kifayət qədər əhəmiyyətli və uzun bir sərhəd xətti hesab olunur.
2023-cü ildə Finlandiyanın NATO-ya üzv qəbul edilməsindən sonra bu sərhəd həm də NATO ilə Rusiya arasındakı birbaşa təmas xəttinin xeyli uzanması mənasına gəlir.
Mənbə: publika.az