İran Hörmüz boğazından istifadə üçün şərt irəli sürüb

İran Hörmüz boğazından istifadə üçün şərt irəli sürüb

İstənilən ərəb və ya Avropa ölkəsi ABŞ və İsrailin səfirlərini öz ərazisindən çıxarsa, Hörmüz boğazından tranzit hüququ qazanacaq.

“Sputnik Kazaxstan”-a istinadla xəbər verilir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun mətbuat xidmətinin yaydığı açıqlamada deyilir.

Qeyd olunur ki, statistikaya görə, 2025-ci ildə dünya dəniz neftinin təxminən 33 faizi Hörmüz boğazından keçib.

V. QULİYEV

Mənbə: reyting.az