Türkiyə Malatyada “Patriot” sistemi yerləşdirir

Türkiyə Malatyada “Patriot” sistemi yerləşdirir

Türkiyənin Malatya vilayətində hava məkanının qorunması üçün “Patriot” sistemi yerləşdiriləcək.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Milli səviyyədə gördüyümüz tədbirlərə əlavə olaraq, NATO tərəfindən hava və raketdən müdafiə tədbirləri artırılıb. Bu çərçivədə, hava məkanımızın qorunmasına dəstək vermək üçün təyin olunan bir “Patriot” sistemi Malatyada yerləşdirilir”, - məlumatda qeyd olunub.

Mənbə: apa.az