Bu raket digərlərindən fərqlidir... - Foto

Bu raket digərlərindən fərqlidir... - Foto

İranın “Press TV” telekanalı ABŞ-İsrail mövqelərinə hücum üçün nəzərdə tutulmuş raketin fotosunu yayımlayıb.

Raketin üzərində qalmaqallı amerikalı maliyyəçi Ceffri Epşteynin hərəkətləri nəticəsində həlak olanların xatirəsinə həsr olunmuş yazı həkk olunub.

“Epşteyn adası qurbanlarının xatirəsinə!”, - həmin yazıda deyilir.

Xatırladaq ki, ABŞ Ədliyyə Departamentinin cinsi istismar, pedofiliya və fahişəlik şəbəkəsi yaratmaq ittihamları ilə həbs olunan C.Epşteyn 2019-cu ildə həbsxanada ölü tapılmışdı. Bu il yanvarın sonunda Ədliyyə Departamenti “Epşteyn işi” ilə bağlı genişmiqyaslı arxiv məlumatlarını ictimaiyyətə açıqlayıb. Fevralın 15-də sənədlərin açıqlanması prosesi yekunlaşıb.

Mənbə: qafqazinfo.az