SEPAH “Google” və digər nəhəng şirkətləri hədəf aldı

SEPAH “Google” və digər nəhəng şirkətləri hədəf aldı

“Google” və bölgədəki texnologiya şirkətləri İranın qanuni hədəfi ola bilər.

“Tasnim”ə istinadən xəbər verilir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayıb.

Bildirilib ki, İsrail ilə əlaqəli və texnologiyası hərbi tətbiqlər üçün istifadə edilən ABŞ-ın aparıcı şirkətlərinin idarə etdiyi ofis və infrastruktur siyahısı dərc edilib, onlar "İranın yeni hədəfləri" adlandırılıb.

"Regional müharibənin əhatə dairəsi infrastruktur müharibəsinə qədər genişləndikcə, İranın qanuni hədəflərinin əhatə dairəsi də genişlənir", - deyə bəyanatda vurğulanıb.

Qeyd olunub ki, şirkətlərə “Google”, “Microsoft”, “Palantir”, “IBM”, “Nvidia” və “Oracle” daxildir.

Roza

Mənbə: publika.az