İsrail qüvvələri Livanda “Hizbullah”ın iki raket bölməsi komandirini zərərsizləşdirib.
Bu haqda İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
“İsrail Ordusu Litani çayının şimalındakı əraziyə zərbə endirib və bir raket bölməsi komandirini və “Hizbullah”ın Bədr Xüsusi Qüvvələrinin atəşə nəzarət komandirini öldürüb”, - bəyanatda deyilir.
Məlumata görə, bu komandirlər İsrailə bir neçə raket buraxılışına cavabdehdirlər.
Mənbə: qafqazinfo.az