Hörmüz boğazında gərginlik: SEPAH əməliyyat keçirdi

Hörmüz boğazında gərginlik: SEPAH əməliyyat keçirdi

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hörmüz boğazı zonasında düşmənin zərərsizləşdirilməsi üzrə əməliyyatı zamanı Keşm adasında iki partlayış baş verib.

Bu barədə "Tasnim" agentliyi mənbələrə istinadən xəbər verib.

"Keşm adasında eşidilən iki partlayışın səbəbi Hörmüz boğazının giriş zonasında düşmən hədəflərinin zərərsizləşdirilməsi əməliyyatı olub", - deyə məlumatda bildirilir. Partlayışlar Bakı vaxtı ilə saat 23 radələrində baş verib.

Mənbələr əlavə ediblər ki, hərbi əməliyyatın nəticələri yaxın saatlarda dərc olunacaq.

Mənbə: oxu.az