"MİRAS" Hərbi-Sənaye Şirkəti Müdafiə Nazirliyinin tabeliyindən çıxarılaraq Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilib.
Şirkətin tabeliyində dəyişiklik edilib.
Qeyd edək ki, "MİRAS" Hərbi-Sənaye Şirkəti hərbi təyinatlı məhsulların təmiri, servisi, inteqrasiyası və modernizasiyası ilə məşğuldur.
Şirkət Azərbaycanda və xarici ölkələrdə həyata keçirilən layihələrin icrası, mövcud sistemlərin lokallaşdırılması, vaxtında təmiri və müasir tələblərə uyğun modernizasiyası istiqamətində fəaliyyət göstərir.
Hazırda şirkətin bir sıra xarici ölkələrdə aktiv müqavilələrinin olduğu bildirilir. (Oxu.az)
Mənbə: bizim.media