Türkiyə ordusu Qara dəniz Ereğli, Sakarya Karasu, İstanbul, Karaburun, Türkeli Ləngər Sahəsi və Çatalca bölgələrində su üzərində aşkarlanan şübhəli cisimləri məhv edib.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Qara dənizdə mina təhdidinə qarşı Hərbi Dəniz Qüvvələri Komandanlığına tabe olan gəmilər və dəniz hava vasitələri ilə kəşfiyyat-müşahidə fəaliyyətləri 7/24 əsasında davam etdirilir", - məlumatda bildirilib.
Mənbə: publika.az