Pentaqon rəhbəri Pit Heqset Birləşmiş Qərargah Rəislərinin strateji planlaşdırma direktoru general-leytenant Brett Silviyanı vəzifəsindən uzaqlaşdırıb.
Musavat.com "Atlantic" jurnalına istinadən xəbər verir ki, istefa Vaşinqton və Təl-Əvivin ABŞ-ın ara seçkilərindən dərhal sonra başlaya biləcək İrana qarşı yeni hərbi əməliyyat hazırladığı barədə xəbərlər fonunda baş verib.
Pentaqon daha bir generalın işdən çıxarılmasının səbəblərini açıqlamayıb, lakin jurnalın mənbələri qərarı Heqsetin "etimad itkisi" ilə əlaqələndirirlər.
Qeyd edək ki, bu, son 2 ildə artıq neçənci haldır ki, ABŞ Müdafiə Nazirliyinin peşəkar generalları Heqsetin təzyiqi altında vəzifələrindən istefa verirlər.
Mənbə: musavat.com