İşdən qovulan ordu generalından şok etiraf: Jurnalistlərə məlumat ötürmüşəm...

İşdən qovulan ordu generalından şok etiraf: Jurnalistlərə məlumat ötürmüşəm...

Birləşmiş Qərargah Rəislərinin baş strateqi vəzifəsindən azad edilən ABŞ ordusu generalı Brett Silviya Ukrayna böhranı və ABŞ-İsrail münaqişəsi ilə bağlı jurnalistlərə məxfi məlumatları sızdırdığını etiraf edib.

Musavat.com xəbər verir ki, məlumatı Axios Pentaqona istinadən yayıb. Portala görə, Silviya son bir ildə Ukrayna və İranla bağlı məxfi məlumatları iki jurnalistə sızdırdığını etiraf edib.

Pentaqonun hazırladığı hesabata əsasən, general "dəfələrlə poliqrafiya testlərindən keçməkdə çətinlik çəkib".

Axios qeyd edir ki, Pentaqon rəsmiləri Silviyanı "media işçilərinə icazəsiz məlumat açıqlamaqda" ittiham edirlər. Hesabatda vurğulanır ki, general "sızma hallarını aydınlaşdırmaq üçün media ilə qarşılıqlı əlaqələri ilə bağlı sualları cavablandırıb və şəxsi telefonunu təhlil üçün təqdim edib". Portalın məlumatına görə, media nümayəndələrinə verilən məlumatlar Amerikanın Ukraynaya hərbi yardımı və İrana qarşı müharibənin gedişatı ilə bağlı olub.

Mənbə: musavat.com