Rusiyanın bu vilayətində Ukrayna PUA-ları vuruldu: Gecə hücumu

Rusiyanın bu vilayətində Ukrayna PUA-ları vuruldu: Gecə hücumu

Rusiyanın hava hücumundan müdafiə qüvvələri gecə saatlarında Kaluqa vilayəti üzərində Ukraynaya məxsus 5 pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Publika.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vladislav Şapşa məlumat verib.

Onun sözlərinə görə, hava hədəfləri Lyudinovo və Spas-Demensk bələdiyyə dairələrinin ərazilərində aşkarlanıb. PUA-lar məhv edildikdən sonra onların qalıqlarının düşdüyü ərazilərdə operativ qruplar fəaliyyətə başlayıb.

İlkin məlumata əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb. Yaşayış evlərinə və infrastruktur obyektlərinə də ziyan dəyməyib.

Hazırda mütəxəssislər hadisə yerlərində araşdırmaları davam etdirir, hücumun mümkün nəticələrini yoxlayırlar.

Mənbə: publika.az